26 Noyabr 2025 / 21:01

Dostunu bıçaqladı: Gəncədə yeniyetmə ağır vəziyyətdədir

Gəncədə bıçalanma qeydə alınıb.

Tezadlar.az xəbər verir ki, hadisə şəhərin Pərviz Səmədov küçəsində baş verib. Şəhər sakini 2012-ci il təvəllüdlü K.Qurbanov bıçaq xəsarəti ilə xəstəxanaya yeləşdirilib.

Dərhal ona yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə, yeniyetmə dostu tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!