4 Fevral 2026 / 22:03

Dövlət agentliyində audit həyəcanı

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) 2025-ci il üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

Tezadlar.az xəbər verir ki, sorğuda iştirak haqqı 20 manatdır.

İddiaçılar təkliflərini fevralın 19-na qədər AZPROMO-nun yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 44 ünvanına təqdim edə bilərlər.

Təkliflərə fevralın 19-da, saat 12:00-da qeyd olunan ünvanda baxılacaq.

Ötən il bu sorğunun qalibi “Azəruçot” MMC olub. Şirkətə 2 690 manat ödənilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!