Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Srağagün Ağdam rayonunun Cinli kənd sakini Şərif İsgəndərov iki övladı ilə birlikdə su anbarında çimərkən boğulub. Axtarışlar nəticəsində dalğıclar tərəfindən 1985-ci il təvəllüdlü İsgəndərov Şərif Şəmsəddin oğlunun, 2008-ci il təvəllüdlü İsgəndərov Tunar Şərif oğlunun və 2009-cu il təvəllüdlü İsgəndərova Fidan Şərif qızının meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Tezadlar.az xatırladır ki, dəryaçanın sahilində istirahət zamanı əvvəlcə ata, sonra iki iki övladı suda boğulublar…
İsgəndərov Şərif Şəmsəddin oğlu Baş Dövlət Yol Polisi İdarəsinin Bərdə 13-cü Tağımının inspektoru idi. Atası 1-ci Qarabağ Müharibəsi zamanı şəhid olan Şərif İsgəndərovun ailəsi Ağdamın “Dördyol-2” köçkün qəsəbəsində yaşayırdı.
Allah rəhmət eləsin!
A.Məmmədli