Bu gün elm və təhsil naziri Emin Əmrullayev maraqlı bir məqama diqqət çəkdi. Azərbaycanda riyazi savadlılıq üzrə indiyədək oğlanların üstünlüyü müşahidə olunsa da, son PISA nəticələrdə vəziyyət dəyişib.
Tezadlar.az xəbər verir ki, bu barədə Multi-Media Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz sosial media hesabındakı paylaşımda bildirib.
SİTAT:
“Təqdim olunan diaqramda görünür ki, riyazi savadlılıqda qızlar oğlanları 0,8 bal qabaqlayıb — qızlar 423, oğlanlar 422 bal. Halbuki ölkələr üzrə orta göstəricidə oğlanlar qızlardan 13,1 bal öndədir.
Ümumiyyətlə, nəticələr qızların üstünlüyünü daha aydın göstərir. Oxu savadlılığında fərq qızların xeyrinə 36,1 baldır (392-yə qarşı 356), təbiət elmlərində isə qızlar 13,6 bal öndədir (416-ya qarşı 402). Görünür, uzun illər “hökmranlıq” etdiyimiz riyaziyyat da yavaş-yavaş əldən gedir…
Sözüm riyaziyyatçılara, riyaziyyat sevərlərədir, ümid edirəm vəziyyətin fərqindəsiniz.
Rəqabət artıq ciddiləşib”, -deyə ekspert qeyd edib.
JASMİN







