Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Yoxa çıxmasından bir müddət əvvəl gənc xilasedicilərə zəng edərək donduğunu və yolunu azdığını bildirib
Rumıniyada 18 yaşlı britaniyalı Corc Smithe məşhur “Drakula Qəsri”nin yerləşdiyi Bran kəndi yaxınlığındakı Bucegi dağlarında tək yürüş edərkən itkin düşüb. Onun 911-ə son zəngi ümidsizliklə dolu olub və o, üşüdüyünü, yorğun olduğunu və yolunu azdığını bildirib.
Tezadlar.az “The New York Post”a istinadən xəbər verir.
Bristol Universitetinin tələbəsi 23 noyabrda yürüşə çıxıb və Brana doğru meşəlik ərazilərdən keçib. Hipotermiya və həddindən artıq yorğunluq barədə məlumat verdikdən qısa müddət sonra əlaqə kəsilib. Bir neçə gün axtarışdan sonra zəng etdiyi ərazidə yalnız ləvazimatları olan çantası tapılıb.
İtkin düşənin anası Co Smithe oğlunun tez-tez səyahət etdiyini, lakin bu səfərin gözlənilməz olduğunu bildirib.
“O, bazar günü bizə dağlara tək gedəcəyini demədən universitetdən çıxdı. Eşitdiyi son siqnal ucqar bir ərazidən idi. O, 911-ə zəng etdi. Mən dərhal Rumıniyaya uçdum və biz axtarışa əlimizdən gələni edirik”, – deyə qadın etiraf edib.
Axtarışçılar gəncin Poiana Brasovdan başlayaraq Tiganesti Vadisində bitdiyinə inanırlar. Yerindən asılı olaraq, onun qalaya getməsi üçün hələ 19-30 kilometri var idi.
Nəşr qeyd edir ki, axtarış şəraiti olduqca çətindir, bölgədə davamlı qar yağır və qar yığınları iki metrə çatır. Xilasedicilər helikopterdən, it dəstələrindən və termal görüntüləmə kamerası olan drondan istifadə edirlər.
E.ŞİRİNOV