24 Sentyabr 2025 / 21:02

Dubayda dünyanın ən bahalı qəhvəsi

Dubayda yerləşən “Roasters” qəhvəxanalar şəbəkəsi rəsmi olaraq dünyanın ən bahalı qəhvəsinə görə Ginnesin rekordlar kitabına düşüb.

“Təzadlar” xəbər verir ki, bu haqda “Daily Mail” məlumat yayıb.

Məlumata görə, rekord qıran içki 670 dollara başa gəlib. Qəhvə xüsusi üsulla hazırlanıb və unikal əl işi kristal stəkanda təqdim edilib.

O, kompleks çiçəkli, meyvəli və sitrus aromaları ilə tanınan “Hacienda La Esmeralda” plantasiyasından eksklüziv Panama Geyşa toxumlarından istifadə edilməklə yaradılıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!