Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən ay dünya üzrə 1,8 milyon ədəd elektrikli avtomobil satılıb. Bu satış həcmi illik müqayisədə 3%, aylıq isə 7% artım deməkdir.
Tezadlar.az xəbər verir ki, Londonda yerləşən məlumat analitik şirkəti “Benchmark Mineral Intelligence” bu barədə məlumat açıqlayıb.
Bildirilib ki, bu ilin yanvar-may aylarında elektrikli avtomobil satışı 7,5 milyona çatıb. Bu dövrdə satışlar ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,9% artıb.
Elektrikli avtomobillərə Avropada daha çox rəğbət var. Ötən ay qitədə satışlar illik müqayisədə 23% artaraq 420 min ədəd olub. Bu illik müqayisədə 23% artım deməkdir. Avropada elektrikli avtomobil satışı yanvar-may aylarında da 26% artaraq 2 milyona çatıb.
Maraqlıdır ki, dünyanın ən böyük elektrikli avtomobil bazarı olan Çində may ayında bu avtomobillərin satışı illik müqayisədə 9 faiz azalaraq 990 minə düşüb. Yanvar-may aylarında da satışlar 15 faiz azalaraq 3,2 milyon ədəd təşkil edib.