Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Futbol üzrə dünya çempionatında Argentina və İsveçrə yığmaları arasında oyun keçirilib.
Tezadlar.az xəbər verir ki, “Kanzas Siti” stadionunda keçirilən 1/4 final mərhələsində Cənubi Amerika təmsilçisi hesabı açıb – 1:0. Oyunun 10-cu dəqiqəsində Aleksis Makallister fərqlənib.
İkinci hissədə İsveçrə yığması hesabı bərabərləşdirib – 1:1. Oyunun 67-ci dəqiqəsində Dan Ndoye fərqlənib.
Oyunun əsas hissəsində qalib müəyyənləşməyib. Ayrılmış əlavə vaxtda, oyunun 112-ci dəqiqəsində Julian Alvarez Argentina yığmasını irəli çıxarıb – 2:1. Daha sonra oyunun 120+1 dəqiqəsində Cənubi Amerika təmsilçisi daha bir qələbə qazanıb – 3:1. Argentina komandasında Lautaro Martines fərqlənib.
Beləliklə, Argentina yarımfinala vəsiqə qazanıb.