Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
6 İyul 2026 / 07:43

Dünya çempionatı: İngiltərə 1/4 final mərhələsinə vəsiqə qazandı

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/8 finalın daha bir oyunu keçirilib.

Tezadlar.az xəbər verir ki, İngiltərə millisi Meksika ilə qarşılaşıb. Mexiko stadionunda reallaşan görüş İngiltərə təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. İngiltərə yığmasında Cud Bellinqem və Harri Keyn fərqləniblər. Şimali Amerika təmsilçisinin heyətində isə Xulian Kinyones və Raul Ximenez dəqiq zərbə müəllifi olublar.

Qeyd edək ki, İngiltərə növbəti raundda Norveç seçməsi ilə qarşılaşacaq.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!