Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
10 İyul 2026 / 06:43

Dünya çempionatında ilk yarımfinalçı Fransa millisi oldu

Futbol üzrə dünya çempionatında 1/4 final mərhələsinə start verilib.

Tezadlar.az xəbər verir ki, ABŞ-nin Foksboro şəhərində yerləşən Boston stadionunda Fransa və Mərakeş milli komandaları üz-üzə gəliblər. Argentinalı FIFA referisi Fakundo Telyonun idarə etdiyi oyun Avropa təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 60-cı dəqiqədə Kilian Mbappe və 66-cı dəqiqədə Usman Dembele vurublar.

Bu nəticədən sonra yarımfinala yüksələn Fransa millisi növbəti raundda İspaniya – Belçika cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi dünya çempionatına iyulun 19-da yekun vurulacaq.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!