Əsas məzmuna keç

EBRU GÜNDEŞ VƏ RZA ZƏRRAB YENİDƏN ÜZ-ÜZƏ GƏLDİ

Məşhur müğənni Ebru Gündeşin barəsində qəyyumluq iddiası qaldıran keçmiş həyat yoldaşı Rza Zərrab qızları Alara ilə şəxsi münasibətinin ləğvi üçün əks iddia qaldırıb.

Onun 11 illik keçmiş əri Rza Zərrab ötən il qəyyumluq iddiası qaldıraraq 11 yaşlı qızları Alara Zərrabın qəyyumluğunun anasından alınaraq ona verilməsini istəyib.

Haberglobal-ın xəbərinə görə, bundan sonra məlum olub ki, 48 yaşlı müğənni özündən 9 yaş kiçik keçmiş həyat yoldaşını da məhkəməyə verib və övladı ilə şəxsi münasibətinin ləğvi üçün məhkəməyə müraciət edib.

Dünən Beykoz 2-ci Məhkəməsində “qəyyumluğun dəyişdirilməsi” iddiasının yeni iclası keçirilib. Məxfilik qərarı olan iş may ayına təxirə salınıb.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…