Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 2,409 milyard manatlıq içkilər və tütün məmulatları satılıb.
Tezadlar.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
Məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,5% çoxdur.
Sözügedən məhsullar üzrə ticarət dövriyyəsinin yekunda xüsusi çəkisi 4,1% təşkil edib.
Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 58,571 milyard manatlıq, o cümlədən 31,937 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 26,634 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
2024-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,2 faiz, qeyri-ərzaq malları üzrə 6,7 faiz artıb