15 Noyabr 2025 / 11:35

Əhalinin geyimə olan marağı artıb – 10 ayda 7.5 milyarddan çox pul xərcləyiblər

2025-ci ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində 7 milyard 520,1 milyon manatlıq toxuculuq məhsulları, geyim və ayaqqabılar satılıb.

Tezadlar.az   Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2024-cü ilin yanvar-oktyabr ayına nisbətən 6,2% çoxdur.

Bu ilin 10 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları bütün mallara xərclədiyi vəsaitin 14,3% faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların alınmasına sərf olunub.

Təkcə oktyabr ayı ərzində əhali 1 milyard 179,0 milyon manatlıq toxuculuq məhsulları, geyim və ayaqqabılar alıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!