4 Fevral 2026 / 17:20

Ekvadordan gətirilən 50 mindən çox qızılgüldə qorxulu həşərat aşkarlandı

Qazaxıstan Respublikasının dövlət sərhəd keçid məntəqəsində idxal olunan buketlərdə zərərverici həşərat- qərb çiçək tripsləri aşkar edilib.

Tezadlar.az  bu barədə Qazaxıstan KİV-nə istinadən xəbər verir.

QR Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, “Sarı-Arka” Beynəlxalq Hava Limanının fitosanitar nəzarət məntəqəsində fitosanitar yoxlama və müşahidə zamanı Karaqanda Regional Ərazi Müfəttişliyinin dövlət bitki karantini müfəttişi karantin məhsullarının idxalı üçün fitosanitar tələblərin pozulduğunu aşkarlayıb.

“Yoxlama çərçivəsində Ekvadordan alınan kəsilmiş gül nümunələri götürülüb. Göndərişin ümumi həcmi 50.695 ədəd olub. “Fitosanitar” Dövlət Müəssisəsinin Karaqanda filialının ekspert qiymətləndirməsinə əsasən, gül dəstəsinin bir hissəsində karantin obyekti olan – qərb çiçək tripsləri aşkar edilib.  Bununla əlaqədar inzibati iş açılıb”, – deyə şöbədən bildiriblər.

Bundan əlavə, materiallar mövcud qanunvericiliyə uyğun olaraq prosedur qərarı verilməsi üçün məhkəməyə təqdim edilib.

***

Qeyd edək ki, qərb çiçək tripslər çox kiçik bir həşəratdır (2 mm-ə qədər) və  çiçək qönçələrində, tumurcuqlarında  yaşayır.

Bütün həyat dövrünü bitkilərlə keçirən həşəratlar, şirə ilə qidalanaraq hüceyrələrə zərər verirlər. Yoluxmuş bitkilərin böyüməsi ləngiyir, yarpaqları və çiçəkləri tökülür, meyvələri isə deformasiyaya uğrayır və məhsuldarlıq azalır.

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!