Əsas məzmuna keç

Əli Əsədov İqtisadi Şuranın iclasını keçirib

Bu gün Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov İqtisadi Şuranın iclasını keçirib.

Tezadlar.az nazirliyin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, İqtisadi Şuranın iclasında aqrar sahənin dayanıqlı inkişafı, o cümlədən mövcud vəziyyət və inkişaf perspektivləri, kənd təsərrüfatında istehsalın artırılması, məhsuldarlığın yüksəldilməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, aqrar ticarətin və ixracın genişləndirilməsi, regionlarda məşğulluğun qorunması və digər carı məsələlər ətraflı müzakirə olunub.

İclasın gündəlikdə olan məsələ üzrə Kənd Təsərrüfatı naziri Məcnun Məmmədovun geniş məruzəsi dinlənilib. Təqdim olunan məsələlərə dair İqtisadi Şuranın üzvləri və iclasa dəvət olunanlar çıxış ediblər.

Nazirler Kab

İclasın yekununda aqrar sahənin inkişafı ilə bağlı qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…