Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
27 Aprel 2026 / 18:46

Əli Əsədovdan benzin və dizel ilə bağlı qərar

Baş nazir Əli Əsədov daxili yanacaq bazarında sabitliyin təmin edilməsi və fasiləsiz təchizatın qorunması məqsədilə qərar qəbul imzalayıb.

Bu barədə Tezadlar.az  Nazirlər Kabinetinə istinadən məlumat verir.

Qərara əsasən, Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların yeni aksiz dərəcələri aşağıdakı kimi olacaq:

2710 12 413 0 mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə 1 ton üçün 200 manat (2026-cı il 1 may tarixindən 2027-ci il 31 mart tarixinədək – 1,0 manat)
2710 12 510 1 mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox, 95-dən az oktan ədədi ilə 1 ton üçün 200 manat (2026-cı il 1 may tarixindən 2027-ci il 31 mart tarixinədək – 1,0 manat)
2710 19 421 1 –

2710 19 480 9

digər qazoyllar, o cümlədən dizel yanacağı 1 ton üçün 80 manat (2026-cı il 1 may tarixindən 2027-ci il 31 mart tarixinədək – 1,0 manat)

Bununla da, 01 may 2026-cı il – 31 mart 2027-ci il tarixlərində idxal olunan Aİ-92 markalı benzin və dizel yanacağı üzrə aksiz vergisi müvəqqəti olaraq hər ton üçün 1 manat səviyyəsində müəyyən edilib.

Həmçinin, 01 may 2026-cı il tarixindən 31 mart 2027-ci il tarixinədək Aİ-92 markalı benzin və dizel yanacağının idxalına tətbiq olunan gömrük rüsumlarının dərəcəsi 0 faiz müəyyən edilib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) 2026-cı il 1 may – 2027-ci il 31 mart tarixlərində idxal etdiyi Aİ-92 benzini və dizel yanacağı üçün müvafiq olaraq 205 min ton və 201 min ton yuxarı hədd müəyyən edilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!