Əsas məzmuna keç

Elza Seyidcahan ilə bacısı arasında gərgin anlar

Əməkdar artist Elza Seyidcahan ilə bacısı, müğənni Rasimə Seyidcahan arasında yaşanan gərgin anlar diqqət çəkib.

Tezadlar.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə Elza Seyidcahanın danışdığı vaxt bacısının söhbətə müdaxilə etməsi müzakirələrə səbəb olub. Sənətçi bu vəziyyətə sərt reaksiya göstərərək narazılığını ifadə edib.

Kadrlarda bacılar arasında qısa müddətli söz gərginliyinin yaşandığı görünür. Elza Seyidcahanın emosional reaksiyası izləyicilərin diqqətindən yayınmayıb.

Yayılan görüntülər qısa zamanda sosial şəbəkələrdə geniş müzakirə olunub. İzləyicilər baş verən hadisə ilə bağlı fərqli fikirlər səsləndirərək mövzu ətrafında çoxsaylı rəylər paylaşıblar.

Bacılar arasında yaşanan həmin anlar maraqla qarşılanıb və gündəm mövzularından birinə çevrilib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…