Xəbər verdiyimiz kimi, Türkiyə bu gün NATO Sammitinə ev sahibliyi edir. ABŞ prezidenti Tramp başda olmaqla, demək olar bütün NATO-ya üzv ölkələrin prezidentləri Ankaradadır… Tezadlar.az CNN-nin canlı efirinə istinadla bildirir ki, Ankaralf Ərdoğan tərəfindən qəbul edilərkən Makron Əminə Ərdoğanın əlini öpməyə çalışıb. Belə ki, Fransa Prezidenti Emmanuel Macron və həyat yoldaşı Bricit Makron Türkiyədə NATO sammiti çərçivəsində keçirilən rəsmi qəbul və axşam yeməyində iştirak etmək üçün pezident kompleksinə gəliblər. Onlar Türkiyə Prezidenti tərəfindən təşkil olunan rəsmi qəbul və şam yeməyində iştirak edən dövlət və hökumət başçıları arasında yer alıblar. Qarşılanma zamanı Makron Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğanın əlini öpmək istədi, lakin birinci xanım Əminə Ərdoğan buna imkan vermədi… Bu an kadrlarda əks olunub. Lakin Makron nəzakətlə davranaraq reaksiya vermədən gülümsəyib.
A.Məmmədli