Əsas məzmuna keç

ENERGETİKA NAZİRİ HACIQABULDA VƏTƏNDAŞLARI QƏBUL EDİB

Energetika naziri Pərviz Şahbazov Hacıqabul şəhərində vətəndaşları qəbul edib.

Nazirliyin mətbuat xidmətindən Tezadlar.az-a bildirilib ki, qəbul zamanı vətəndaşların enerji təchizatı, elektrik avadanlıqlarının istismar vəziyyəti, sayğacların quraşdırılması, elektrik qurğu və avadanlıqlarının mühafizə zonası və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.

Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda Hacıqabul rayonu ilə yanaşı, Bakı, Şirvan, Ağcabədi şəhərləri, Ağdam, Biləsuvar və Sabirabad rayonlarından olan vətəndaşlar iştirak edib.  

R.XUDATQIZI

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…