Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Fransanın məşhur Sen-Trope kurortu qalmaqallı amerikalı maliyyəçi Ceffri Epşteynin şəbəkəsinə qızların cəlb edildiyi əsas məkanlardan biri olub. Tezadlar.az xəbər verir ki, bu barədə Fransanın “Le Monde” qəzeti məlumat yayıb.
Nəşrin jurnalistləri tərəfindən aparılan təhqiqatın nəticələrinə əsasən, Sen-Trope Fransada Epşteynin Parisdəki Foş prospektində yerləşən mənzilindən sonra “cinsi istismar üçün” qızların cəlb edildiyi ikinci dayaq nöqtəsi olub. Epşteyn bu kurorta demək olar ki, hər il baş çəkib. Fransalı müstəntiqlər müəyyən ediblər ki, amerikalının Fransadakı əsas əlaltılarından biri “MC2 Model Management” model agentliyinin direktoru və “Karin Models”in keçmiş meneceri Jan-Lük Brünel olub. O, Epşteynə gənc qızların məlumat bazasına çıxış təmin etmək üçün model agentliklərindən istifadə edib. Brünel həbs edilib və 2022-ci ilin fevralında həbsxanada intihar edib.
Qeyd: 2019-cu ildə ABŞ-da Epşteynə yetkinlik yaşına çatmayanların cinsi istismar məqsədilə alverində ittiham irəli sürülüb. Həmin ilin iyul ayında o, həbsxanada vəfat edib, istintaq onun intihar etdiyini bildirib.