Əsas məzmuna keç

Ərdoğan: İranın İsrailin hücumuna qarşı özünü müdafiə etmək hüququ qanunidir

İranın İsrailin hücumuna qarşı özünü müdafiə etmək üçün qanuni haqqı var.

Tezadlar.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə hakim Ədalət və İnkişaf Partiyasının fraksiyasının iclasında çıxışı zamanı deyib.

“İranın özünü İsraildən gələn quldurluq və dövlət terrorundan müdafiə etməsi tamamilə təbii, qanuni və qanunidir”, – deyə Ərdoğan bildirib.

O qeyd edib ki Türkiyə İsrail-İran münaqişəsi ilə bağlı gücləndirilmiş təhlükəsizlik tədbirləri görüb.

“İsrailin hücumlarının mümkün nəticələri ilə bağlı müvafiq qurumlarımız yüksək hazırlıq vəziyyətindədir. Biz hər cür ssenariyə hazırlaşmışıq”, – Ərdoğan bildirib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…