Əsas məzmuna keç

Ərdoğan kabinetdə dəyişikliklər planlaşdırır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir sıra dövlət qurumlarının bölünə və ya birləşdirilə biləcəyi Nazirlər Kabinetində dəyişikliklər və idarəetmə sisteminə yenidən baxmağı düşünür.

Tezadlar.az xəbər verir ki, bu barədə Türkiyənin “Türkiyə” qəzeti TGRT Haber telekanalının Ankaradakı nümayəndəsi Fatih Atikin məlumatlarına istinadən məlumat yayıb.

“Gündəliyə bəzi nazirliklərin bölmələri daxildir: Ekologiya Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Kənd Təsərrüfatı və Meşəçilik, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyi. Bu üç nazirlik birləşdiriləcək”, – Atik bildirib.

“Türkiyə” nəşri partiyanın ümumi qurultayından sonra belə addımlar atmayan Ərdoğanın yaxın vaxtlarda kabinetə müdaxilə edəcəyini yazır.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…