Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin İrana hücumunu kəskin şəkildə pisləyib və qeyd edib ki, İsrail rəhbərliyi bütün regionu və dünyanı fəlakətə sürükləməyə çalışır.
“Bu səhər İsrail regionumuzu, xüsusilə Qəzzanı qan, göz yaşı və qeyri-sabitliyi çox təhlükəli mərhələyə qərq etdi. İsrailin qonşumuz İrana hücumları beynəlxalq hüquqa məhəl qoymayan açıq bir təxribatdır. İsrailin baş naziri Benyamin Netanyahu administrasiyası ehtiyatsız və qanunsuz hərəkətləri ilə bölgəmizi və dünyanı fəlakətə sürükləməyə çalışır. Beynəlxalq ictimaiyyət qlobal və regional sabitliyi pozmağa yönəlmiş İsrail quldurluğuna son qoymalıdır”, – Tezadlar.az xəbər verir ki, Ərdoğan yazıb.
Türkiyə lideri qeyd edib ki, “İranın nüvə proqramı ilə bağlı danışıqların intensivləşdiyi və Qəzzaya qarşı qeyri-insani hərəkətlərə qarşı beynəlxalq təzyiqlərin artdığı bir vaxta təsadüf edən bu hücumlar İsrailin qaydaları tanımayan zehniyyətini nümayiş etdirir”.
“Bütün bölgəmizi yandıran Netanyahu və onun qatillər şəbəkəsinin hücumlarının qarşısı alınmalıdır. Biz Yaxın Şərqdə daha çox qan, dağıntı və qarşıdurma görmək istəmirik. Türkiyə qonşumuz İrana qarşı iyrənc hücumları pisləyir”, – Ərdoğan əlavə edib.
E.ŞİRİNOV