Ermənistanın baş naziri Nikol Paşinyan İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ikitərəfli əlaqələrin normallaşmasını müzakirə edib. Tezadlar.az CNN- Türk- ə istinadla bildirir ki, o, bu barədə “X” hesabında yazıb. Onun sözlərinə görə, tərəflər həmçinin regional inkişafları və davamlı dialoqun əhəmiyyətini müzakirə ediblər.
Ermənistan mediasının yazdığına görə, Paşinyan Türkiyə səfərindən olduqca məmnundur. “Azadlıq ” radiosunun Ermənistan bölməsi isə ölkə vətəndaşlarının bu səfərlə bağlı mövqeyini öyrənib. Sadə vətəndaşlar Türkiyə ilə əlaqələrin inkişafını çoxdan gözlədiklərini deyiblər…
A.Məmmədli