Ərdoğan Rusiya ilə Ukrayna arasında sülhün yaranma mümkünlüyündən danışıb

Oxunma sayı: 49

“Rusiya ilə Ukrayna arasında sülh və razılaşma mümkündür…”.  Tezadlar.az CNN- Türk- ə istinadla xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səfirlərlə iftar proqramında çıxışı zamanı bu barədə danışıb. Ərdoğan bildirib ki, danışıqlar prosesində hər iki tərəf iştirak etməlidir: “Mümkün həllə nə Rusiyasız, nə də Ukraynasız nail olmaq mümkündür”.

Bu həm də o deməkdir ki, ABŞ- ın bəlli sülh prosesində ağsaqqallıq etməsi yersiz görünür. Daha çox ona görə ki, Ukraynanı bu müharibəyə sövq edən ABŞ indi Ukraynanı döyüş meydanında tək qoyaraq işğalçının, yəni həm də güclünün yanında görünür… Doğrudanmı siyasət budur?!

A.Məmmədli

 

Xəbəri paylaş

22 Aprel