Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
28 İyul 2026 / 18:07

Ərdoğan: Zəlzələdən qazanc əldə edənlər cavab verir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2-ci Kommunikasiya Şurasında çıxışı zamanı 6 fevral zəlzələlərindən sonra baş verən hadisələrə toxunaraq, fəlakətdən siyasi və iqtisadi məqsədlər üçün istifadə edənlərin artıq ədalət qarşısında cavab verdiyini bildirib.

Tezadlar.az xəbər verir ki, Ərdoğan ad çəkməsə də, son günlər gündəmdə olan “Ahbap” Dərnəyi və onun rəhbəri Haluk Levent ətrafında yaranmış korrupsiya iddialarına işarə edib. O qeyd edib ki, son həftələrdə üzə çıxan məlumat və sənədlər zəlzələ dövründə dövlətə və millətə qarşı müxtəlif əməliyyatların həyata keçirildiyini göstərir.

“Zəlzələdən siyasi və iqtisadi mənfəət üçün istifadə edənlər indi ədalət qarşısında cavabdehdirlər”, – deyə Türkiyə prezidenti vurğulayıb.

Ərdoğan çıxışında dezinformasiyanın milli təhlükəsizlik məsələsinə çevrildiyini də bildirib. Onun sözlərinə görə, sosial media platformaları cəmiyyətin reaksiyalarına ciddi təsir göstərir, həqiqətlə qavrayış arasındakı fərqi artırır və ictimai etimadı zəiflədir.

Prezident qeyd edib ki, hökumət dezinformasiyanın bütün formalarına qarşı mübarizəni qətiyyətlə davam etdirəcək və dövlətə qarşı istifadə olunan heç bir resursa imkan verilməyəcək.

Qeyd edək ki, Ərdoğan bu fikirləri Ankarada ATO Konqresiumunda keçirilən 2-ci Kommunikasiya Şurasında səsləndirib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!