Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Ermənistanın Qarabağa doldurduğu quldur dəstələri gizləndikləri yerdən çıxıb Paşinyanın yanına getməyə məcburdur…
“Ermənistan 44 günlük müharibə zamanı Qarabağa yerləşdirdiyi silahlı qüvvələrini çıxarır”. Tezadlar.az Armenpress-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan açıqlama verib. A.Qriqoryan həmçinin bəyan edib ki, artıq Ermənistandan olan hərbi çağırışçılar Qarabağa göndərilməyəcək. Ermənistan rəsmisi Rusiya sülhməramlı kontingentinin Qarabağa yerləşdirilməsini oradakı ermənilərin təhlükəsizliyinin təminatı hesab etdiyini bildirib.
Bəli, tezliklə Xankəndinə yerləşdirilmiş rus sülhməramlıları da Rusiyaya çıxıb getməyə məcbur olacaq. Azərbaycanın Qarabağında Azərbaycan vətəndaşları olan ermənilərin təhlükəsizliyini qorumağa gücümüz də var, hüququmuz və hərbi imkanımız da…
A.Məmmədli