Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
29 İyul 2026 / 12:39

Ermənistan İran qazını Rusiya qazına alternativ olaraq nəzərdən keçirirmi?..

Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan jurnalistlərə bildirib ki, İrəvan İran qazını Rusiya qazına alternativ hesab etmir.

Erənistan mətbuatının məluatına görə, Xudatyandan İrana son səfəri zamanı əldə edilən razılaşmalar barədə soruşulub.

Tehran daha əvvəl İrəvana qaz tədarükünün genişləndirilməsi üçün layihə təklif etmişdi.

Erməni nazirin sözlərinə görə, İranın Ermənistandan daha çox elektrik enerjisi tədarükünə ehtiyacı var və hər iki ölkə “elektrik müqabilində qaz” müqaviləsi çərçivəsində əməkdaşlığı genişləndirmək niyyətindədir.

Ermənistanın Rusiya qazının daha yüksək qiymətlərindən ehtiyat edərək Rusiya qazına alternativ axtarıb-axtarmadığı soruşulduqda, nazir bunu təkzib edib.

“Heç bir narahatlıq yoxdur. İş prosesi var və bu proses çərçivəsində biz illərdir əməkdaşlıq inkişaf etdiririk. Genişlənmə potensialını gördük və indi miqyası artırmaq barədə razılığa gəldik”, – deyə o, əmin edib.

Qeyd etmək lazımdır ki, İran Ermənistana bir neçə istilik elektrik stansiyasının işləəsi üçün ildə 400 milyon kubmetrdən çox (2025-ci ildə 477 milyon) qaz tədarük edir.

Digər istehlakçılar üçün Ermənistan Rusiyadan ildə 2,2 milyard kubmetrdən çox qaz alır (2025-ci ildə 2,23 milyard kubmetr).

 

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!