Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ermənistanın Azərbaycanla xoş münasibəti ölkə iqtisadiyyatına yeni dəstək olmaqla bərabər, Rusiyadan asılılığına da son vermə deməkdir… Bu mənada, Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük qatarı yola salınıb. “Azərbaycan Dəmirolu” QSC-dən Tezadlar.az verilən məlumata görə, xəbər verir ki, 10 vaqondan ibarət, çəkisi 700 ton olan taxıl və 2 vaqondan ibarət, çəkisi 133 ton olan alüminium (ilk dəfə göndərilir) Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.
Qeyd: indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 26 min tondan çox taxıl, 3800 tondan çox gübrə və 68 ton qarabaşaq göndərilib… Və tranzit yüklə yanaşı, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı da davam edir. İndiyədək Azərbaycandan Ermənistana 8500 tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.