5 Avqust 2026 / 12:44

Ermənistanda seçkilər öncəsi açılan cinayət işlərinin sayı artıb

Ermənistan İstintaq Komitəsi 2026-cı ilin birinci yarısı üçün statistika dərc edib və bu statistikaya əsasən, 7 iyun parlament seçkiləri öncəsi açılan cinayət işlərinin sayı 16,6% artıb.

“2026-cı ilin birinci yarısında İstintaq Komitəsinin bölmələri 41.250 məlumat alıb (2025-ci ilin birinci yarısı: 35.357, artım 5.893 və ya 16,6%), bunlardan 32.472-si cinayət işi ilə nəticələnib (2025-ci ilin birinci yarısı: 27.847, artım 4.625 və ya 16,6%)”, – agentliyin mətbuat xidməti bildirib.

Tezadlar.az xəbər verir ki, İstintaq Komitəsinin məlumatına görə, 2026-cı ilin birinci yarısında məhkəməyə 9910 cinayət işi göndərilib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 3799 və ya 62,2% çoxdur. Bunlardan 4499-u sonradan digər işlər ilə birləşdirilib ki, bu da ötən ilin eyni dövründəki birləşdirmələrin sayından 1552 və ya 43,2% çoxdur.

Bu dövrdə bütün işlər üzrə 295,9 milyon dram (təxminən 820.000 dollar) dəyərində əmlak müsadirə edilib və dövlətə dəyən ümumi ziyan 9,9 milyard dram (təxminən 27,1 milyon dollar) təşkil edib.

7 iyunda keçirilən parlament seçkilərində Baş nazir Nikol Paşinyanın hakim Mülki Müqavilə partiyası səslərin 49,7%-ni, iş adamı Samvel Karapetyanın Güclü Ermənistan bloku 23,2%-ni, keçmiş prezident Robert Köçəryanın Ermənistan bloku isə 9,9%-ni toplayıb.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!