Əsas məzmuna keç

ETİRAZÇILAR PREZİDENT İQAMƏTGAHINA DAXİL OLUBLAR

Şri-Lankanın paytaxtı Kolomboda etirazçılar ölkə prezidenti Qotabaya Racapakasanın iqamətgahına daxil olublar.

Bu barədə “Frans-Press” agentliyi bildirir.

Qeyd olunur ki, dövlət başçısı etirazçıların əraziyə daxil olmasından qısa müddət əvvəl iqamətgahı tərk edə bilib. Hazırda onun yeri barədə məlumat verilmir.

Şri-Lankada sakinlər uzun müddətdir ki, ölkədə kəskin inflyasiyaya etiraz edir.

Hazırda Şri-Lankanın xarici borcları 51 milyard dollara çatıb. Bir neçə ay əvvəl ölkə borclarla bağlı defolt elan etmişdi.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…