Yasamalda evlərin birindən 5000 manatlıq qızıl-zinət əşyaları talayan 43 yaşlı S.Dadaşovanı polis saxlayıb. Tezadlar.az DİN-nin mətbuat xidmətinə istinadla bildirir ki, qadın xadimə kimi çalışdığı evdən zinət əşyalarını hissə-hissə oğurlamaqda şübhəli bilinir. Çalışıb ki, iz itirsin, ev sahibi bilməsin. Hər kəs evə işçi qəbul edərkən diqqətli olmalı, onun şəxsiyyəti və keçmiş fəaliyyəti haqqında məlumatları dəqiqləşdirilməlidir. Şübhəli hal görəndə dərhal polisə məlumat verilməlidir. Çünki mülkü təhlükəsizlik sizin diqqətinizdən başlayır.
Beləliklə, evdə xidmətçi işləyib 5 min manatlıq qır-qızılı, sonra isə polis də onun özünü apardı…
Y.Məmmədli