29 Aprel 2026 / 15:55

Əxlaqi dəyərlər və mənəviyyat motivləri

 Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Yaradıcı oxucularımız” tədbirlər silsiləsində kitabxananın Fəxri oxucusu, şair Zeynəb Cəmaləddinin 15 sonetdən ibarət “Sonetlər” silsiləsini təqdim edir. Sonetlər insan mənəviyyatı, cəmiyyət və əxlaqi dəyərlər üzərində qurulmuş poetik fəlsəfə toplusudur. Bu sonetlərdə müəllif həyatın işıq və qaranlıq tərəflərini, insan xarakterindəki ziddiyyətləri və əxlaqi seçimləri dərin təhlil edir.

Şeirlərdə yaxşılıq və pisliyin daim bir mübarizədə olduğu vurğulanır. İnsanların vicdanlı, dürüst və əxlaqlı davranışlarının onların mənəvi yüksəlişinə səbəb olduğu göstərilir. Həsəd, paxıllıq, riyakarlıq və eqoizm kimi mənfi xüsusiyyətlər cəmiyyətə və fərdin özünə vurduğu ziyan baxımından tənqid edilir. Eyni zamanda, ədalət, səmimiyyət, vicdan kimi müsbət keyfiyyətlərin insanı ucaltdığı qeyd olunur. Sonetlərdə təkcə fərdi düşüncələr deyil, həm də sosial problemlərə toxunulur. Müəllif cəmiyyətin dəyərlər sistemindəki pozuntulara, insanların bir-birinə qarşı rəftarına, doğruluq və əyriliyin toqquşmasına işıq salır. Onun poetik üslubu obrazlı təsvirlər və dərin fəlsəfi qənaətlərlə zəngindir.

Sonuncu sonet isə əvvəlki bütün məqamları ümumiləşdirərək, oxucuya bu ideyaların bir-biri ilə necə bağlı olduğunu göstərir. Bu silsilə, sadəcə poetik bir ifadə tərzi deyil, eyni zamanda, oxucunu düşünməyə, daxili dünyasını analiz etməyə çağıran mənəvi bir bələdçidir.

ətraflı: https://drive.google.com/file/d/195LnQ-GCdq0pB_BqDtrnyw24aaMBoEMU/view

 

 

 

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!