Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Fələstinin xarici işlər və qürbətçilər üzrə dövlət naziri Farsin Ağabekian Şahin işğal olunmuş Qüdsün İsrail hücumlarının ən təhlükəli mərhələsi ilə üzləşdiyini söyləyib.
Tezadlar.az xəbər verir ki, Şahin İordaniyanın paytaxtı Əmmanda keçirilən Qüdsü və Müqəddəs Məkanları Dəstəkləmə üzrə Nazirlər Görüşündə çıxış edib.
İsrailin Qəzza Zolağındakı hücumları ilə eyni vaxtda işğal olunmuş Qüds və Qərb Şəriyəsindəki hücumlarını və qanun pozuntularını artırdığına diqqət çəkən Şahin deyib: “Qüds İsrail hücumlarının ən təhlükəli mərhələsi ilə üzləşir”.
Beynəlxalq ictimaiyyəti İsrailin Qüdsdəki qanun pozuntularının və təcrübələrinin qarşısını almaq üçün tədbir görməyə çağıran Şahin Qüdsü qorumaq və fələstinlilərin torpaqlarını qoruyub saxlamalarına imkan vermək üçün aydın icra mexanizmlərinə malik “birgə xilasetmə planı”nın lazım olduğunu bildirib.
Fələstin xalqının Qəzzada soyqırıma məruz qaldığını vurğulayan Şahin işğal olunmuş Qüdsdə qanunsuz məskunlaşma siyasətinin həyata keçirilməsi üçün atılan addımların sürətləndiyini qeyd edib.
İsrailin məsuliyyət daşımaması səbəbindən Qüdsdə 70 ildir faciələrin baş verdiyini bildirən Şahin “Bu gün dəyişən şey bu siyasətlərin tətbiq olunma sürəti və İsrailin heç bir siyasi, diplomatik və ya iqtisadi bədəl ödəməyəcəyinə inamıdır” deyib.
Şahin Şərqi Qüdsün işğal olunmuş Fələstin ərazilərinin ayrılmaz hissəsi olduğunu və İsrailin Qüds üzərində iddia etdiyi suverenliyini tanımaq və ya qanuniləşdirmək üçün etdiyi bütün cəhdlərin beynəlxalq hüquqa əsasən etibarsız olduğunu vurğulayıb.
Əmmanda keçirilən “Qüds və Müqəddəs Məkanları Dəstəkləmək üzrə Nazirlər Görüşü” Ərəb Liqasının Baş katibi ilə yanaşı, Türkiyə və İordaniya, eləcə də Fələstin, Misir, Pakistan, Səudiyyə Ərəbistanı, Qətər, İndoneziya, Bəhreyn, İraq, Mərakeş, Tunis, Əlcəzair, Somali və Malayziyadan yüksək səviyyəli rəsmilərin iştirakı ilə keçirilir.
ELBAR