Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu gün Bakıda baş tutan UNESCO-nun İdmanda Dopinqə Qarşı Beynəlxalq Konvensiyasına Tərəf Dövlətlərin Onuncu Konfransı (COP10) Bürosunun ikinci rəsmi iclası çərçivəsində gənclər və idman naziri Fərid Qayıbov bir sıra ikitərəfli görüşlər keçirib.
Tezadlar.az Bakıda təşkil olunan görüşdə Rusiyaın idman naziri Mixail Deqtyaryov, Türkiyə gənclər və idman nazirinin müavini Safa Koçoğlu Gürsoy və UNESCO-nun Elm sektorunun Sosial siyasətlər və inklüzivlik üzrə direktoru Qustavo Merino ilə keçirilən görüşlərdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.
Bununla yanaşı, COP10 Bürosunun ikinci iclasının yekunları barədə fikir mübadiləsi aparılıb.