Əsas məzmuna keç

Fermerlərə 19,6 milyon manat məbləğində güzəştli kredit verilib.

Bu ilin yanvar-mart ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 2480 kənd təsərrüfatı texnikasının satışı maliyyələşdirilib.

TEZADLAR.AZ Aqrar Tədqiqatlar Mərkəzinin hesabatına əsasən xəbər verir ki, hesabat dövründə aqrar sektorda fəaliyyət göstərən şəxslərə 1036 müraciət üzrə 19,6 milyon manat məbləğində güzəştli kredit verilib. 2024-cü ilin müvafiq dövrünün göstəricilərinə nisbətdə güzəştli kredit alanların sayı 28,4 faiz, kredit məbləği isə 19,5 faiz artıb.

Verilən kreditlərin 19,5 milyon manatı texnika və avadanlıq təyinatlı kreditlər, 50 min manatı güzəştli kreditlər, 78 min manatı isə mikrokreditlərdir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…