Əsas məzmuna keç

FHN Gəncədə qanunsuz tikilini söküb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətləri çərçivəsində respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Nazirliyin İctimaiyyətlə əlaqə idarəsindən Tezadlar.az-a verilən məlumata görə, Gəncə Şəhər İcra Hakimiyyəti (RİH) tərəfindən şəhərin Muxtar Aşurov küçəsində qanunsuz tikinti işlərinin aparılması faktı aşkarlanaraq, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə FHN-ə müraciət olunub.

Müraciət əsasında nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gəncə RİH-in nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa edilən tikili sökülüb.

RÖVŞANƏ

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…