Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
11 Avqust 2026 / 08:33

FHN- nin Kəramət Böyükçölə obyekt tikintisinə icazə verməsi qalmaqal yaratdı

Sosial şəbəkələrdə yazıçı Kəramət Böyükçölün Sumqayıtda 3 obyektin tikintisi üçün  FHN- dən icazə sənədi alması barədə qalmaqallı məlumatlar paylaşılmaqdadır. Araşdırmaçı jurnalist Razi Abasbəyli yazır: “…Ramil Səfərovla selfi elədi, Pərviz Həşimli ilə dostluq elədi. Əli Kərimlidən müsahibə aldı. Əvəz Zeynallı ilə yanaşı durdu… Atasına ev aldı. Özünə obyekt. Ortada fakt var və təkzib edilmir. Həyasızlıqda ölçü vahidləri olsa ilk 100 dən 100 alar. Utanmadan mənim statusumu Pərviz Həşimliyə postalayan adamdır. Bu gərqlərin palçıqdan yorulduğu saata qədər gedib, bunların nə “yuvanın quşu” olduğunu bilirəm!
Orxanindan, Yeniseyinə, qalası köhnələnindən, millətə hüquqşünaslıq edib müşfiq olanina… filosofundan, ata adından imtina edənə qədər. Hamısını tanıyıram. Hamınızı tanıyıram! 1996 dan bəri hamınızı tanıyıram. Tarix sizi sadəcə …. xatırlayacaq…”.
Böyükçöl isə sakit dayanmayıb, bu cür status və açıqlamalara cavab verib: “Xalamın əri zəng edib ki, eşitdim sənə üç dənə obyekt veriblər. Düzdü? Dedim, məndə o bəxt hardaydı, kimsə mənə obyekt versin ki, get kef elə. Minlərlə Azərbaycan vətəndaşına qanuni yolla istismara icazə sənədi verilib, biri də mən. İki ildir o sənədin üstündə əlləşirəm. Sənin kimi əldəqayırma adamların da elə sənin kimi mediası olur, gedib öz haqqını tələb edə bilmirsən, gəlib düşmüsən mənim üstümə ki, niyə cücə damına sənəd almısan. Yaxşı eləmişəm. Ona görə sənəd almışam ki, bankdan kredit götürüm, özümə qoyun, quzu alım, çoban olmaq istəyirəm. Özüm də tərəkəməyəm deyə qoyunları yaxşı tanıyıram. Ya da çoxlu kitab avtobusu alım, ölkənin hər nöqtəsində bir kitab avtobusum olsun. Bir tərəfdə qoyun, toyuq-cücə saxlayım, bir tərəfdə kitab yazım…”.
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!