Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türkiyənin xarici işlər naziri Hakan Fidan xəbərdarlıq edib ki, İsrailin imkanı olarsa, ABŞ-İran danışıqlar prosesini pozmağa cəhd edə bilər.
“Biz İran və ABŞ arasında danışıqları dəyərli hesab edirik. Lakin unutmamalıyıq ki, İsrailin imkanı olarsa, prosesi sabotaj edə bilər. Bütün tərəflər bu məsələdə diqqətli olmalıdırlar”, – Tezadlar.az xəbər verir ki, Fidan “Haber Global”a bildirib.
ABŞ və İsrail 28 fevralda İranla müharibəyə başlayıblar. İyun ayında Vaşinqton və Tehran Livan da daxil olmaqla, bütün cəbhələrdə hərbi əməliyyatların dərhal dayandırılmasını tələb edən anlaşma memorandumu imzalayıblar. Daha sonra Doha və İslamabadın vasitəçiliyi ilə İsveçrənin Bürgenştok kurortunda memorandumun həyata keçirilməsi ilə bağlı ABŞ-İran danışıqları keçirilib.
Pakistan və Qətərin danışıqların birinci mərhələsindən sonra yayımladığı birgə bəyanatda qeyd edildiyi kimi, İran və ABŞ nümayəndələrinin iştirak etdiyi görüş müsbət və konstruktiv atmosferdə keçib, gələcək texniki məsləhətləşmələr üçün əsasın yaradılması da daxil olmaqla, ümidverici irəliləyiş əldə edilib.
ELBAR