Fidan: Türkiyə Ukraynanın gələcəkdə NATO-ya üzv olmasına etiraz etmir

Oxunma sayı: 223

Türkiyə hakimiyyəti Ukraynanın NATO-ya daxil olmasına etiraz etmir, lakin bu problemin həllinə praqmatik yanaşmaya çağırır.

Tezadlar.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Bloomberg TV-yə müsahibəsində deyib.

“Biz Ukraynanın NATO-ya üzv olmaq istəməsinə etiraz etmirik, lakin realist olmalıyıq”, – nazir qeyd edib.

Fidan əlavə edib ki, Türkiyə rəhbərliyi Ukraynanın alyansa üzv olmasını rəsmən dəstəkləyir.

Xəbər verildiyi kimi, fevralın 24-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə danışıqların yekunlarına dair mətbuat konfransında bildirib ki, Ukraynanın NATO-ya qoşulmaması ilə bağlı açıq və sərt razılaşma olmalıdır, Rusiya ABŞ prezidenti Donald Trampın Kiyevi alyansa cəlb etmək siyasətini səhv adlandırması faktını alqışlayır. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukraynanın Şimali Atlantika Alyansına üzvlüyünün Moskva üçün qəbuledilməz olduğunu bildirib.

ELBAR

Xəbəri paylaş

30 Aprel