2 İyul 2026 / 07:57

FİFA 2026-cı il Dünya Kuboku zamanı sosial mediada artan irqçilik barədə xəbərdarlıq etdi

FİFA-nın Sosial Media Mühafizə Xidməti (SMPS) 2026-cı il Dünya Kubokunun qrup mərhələsi ərzində 89.000 “təhqiramiz paylaşım” aşkar edib ki, onların onda birindən çoxunda “irqçi” məzmun var və “irqçi təqiblərin artmaqda olduğu və oyunçuların rifahına davamlı təhlükə yaratdığı” barədə xəbərdarlıq edib.

Tezadlar.az-ın məlumatına görə, FIFA-nın bəyanatında əlavə edilib ki, “2026-cı il Dünya Kubokunun qrup mərhələsində 6 milyondan çox paylaşım və şərh skan edilib, 225.000-i nəzərdən keçirilmək üçün göndərilib və 89.000 təhqiramiz paylaşım müəyyən edilib”.

Bəyanatda davam edilib: “Əlavə araşdırma tələb edən min hesab aşkar edilib, moderasiya səylərinin bir hissəsi olaraq isə 181.000 nifrət dolu şərh gizlədilib. İrqçi təqibin bütün formaları artıb və ən ağır təhqiredici məzmun da daxil olmaqla, aşkarlanan bütün onlayn təqib hallarının 11 faizini təşkil edib”.

Bəyanatda yekunlaşdırılıb. 2026-cı il FIFA Dünya Kubokunun qrup mərhələsi zamanı SMPS-in əldə etdiyi son tapıntılara əsasən xəbərdarlıq edilib: “İrqçi təqiblər artır və oyunçuların rifahına davamlı təhlükə yaradır”.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!