Fransa məhkəməsinin sabah keçirilməsi planlaşdırılan Fələstin tərəfdarının nümayişinin ictimai asayişə təhlükə yarada biləcəyi ilə bağlı narahatlıqlarını əsas gətirərək qadağan etmək qərarını dayandırdığı bildirilir.
Tezadlar.az xəbər verir ki, məhkəmə Paris Polis Prefekturasının “Urgence Fələstin” assosiasiyası tərəfindən tələb edilən və 7 oktyabrda keçirilməsi planlaşdırılan “Qəzzada soyqırıma qarşı durmaq və atəşkəsə hörmət etmək” adlı nümayişin ləğv edilməsi qərarını təxirə salıb.
Məhkəmə nümayişin ictimai asayişə təhlükə yaratmadığına qərar verib və Paris Polis Prefekturasının qərarını təxirə salıb.
Paris Polis Prefekturası Fələstin tərəfdarı nümayişin qadağan edilməsini Daxili İşlər Naziri Loran Nunezin təlimatı ilə elan etmişdi.
Məlumatda qeyd olunur ki, “terrorizm təhlükəsinin artdığı və Fransada antisemit hərəkətlərin görünməmiş səviyyəyə çatdığı bir vaxtda belə bir nümayiş ictimai asayişə ciddi risklər yaradır”.
İsrailin Qəzzada soyqırımının üçüncü ilinə qədəm qoyduğu bir vaxtda ictimai asayiş səbəbindən Fələstin tərəfdarı nümayişin qadağan edilməsi bəzi siyasətçilər və insan haqları təşkilatları tərəfindən tənqidlə qarşılanıb.
Bildirilib ki, 2023-cü ilin oktyabr ayından bəri İsrailin Qəzza zolağına hücumları nəticəsində ölənlərin ümumi sayı 74.245-ə çatıb, 175.267 nəfər yaralanıb və Qəzza zolağında hələ də minlərlə cəsəd dağıntılar altında qalıb.
ELBAR







