Əsas məzmuna keç

GƏNCƏ ŞƏHƏR 1-Cİ POLİS ŞÖBƏSİNƏ YENİ RƏİS TƏYİN OLUNDU

Daxili işlər orqanlarında yeni təyinat olub.

Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin rəisi, polis mayoru Xanlar Məmmədov vəzifəsindən azad olunaraq Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin (keçmiş Nizami rayon Polis İdarəsi) rəisi təyin edilib.

Qeyd edək ki, həmin şöbənin rəisi polis polkovniki Knyaz Həsənov bir müddət əvvəl vəzifəsindən azad olunaraq Ağcabədi rayon Polis Şöbəsinin rəisi təyin olunub

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…