Əsas məzmuna keç

Gəncədə “Mercedes” və “Chevrolet” toqquşdu: 5 nəfər xəsarət aldı

Gəncədə avtomobillər toqquşub, xəsarət alanlar var.

“Tezadlar”ın Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində, şadlıq saraylarından birinin yaxınlığında qeydə alınıb.

“Mercedes” və “Chevrolet” markalı avtomobillərin toqquşması nəticəsində 1996-cı il təvəllüdlü A.Həsənova, 1990-cı il təvəllüdlü G.Hüseynova, 1986-cı il təvəllüdlü Z.Həsənov və daha 2 nəfər müxtəlif nərəcəli bədən xəsarətləri alıb.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…