Əsas məzmuna keç

Gömrük xidmətlərinin nümayəndə heyətləri görüşüb

Azərbaycan və Türkiyə gömrük xidmətlərinin nümayəndə heyətləri arasında görüş Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postunda keçirilib.

Tezadlar.az xəbər verir ki, görüşdə Türkiyə Respublikasının Gömrük Mühafizəsi Baş İdarəsinin Baş direktor müavini Osman Yıkın və Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyində Dövlət Gömrük Komitəsinin nümayəndəsi Əsgər Məmmədov iştirak ediblər.

Tərəflər təhlükəsizlik, hüquqpozmalara qarşı mübarizə istiqamətində əməkdaşlığın gücləndirilməsi, həmçinin nəqliyyat və yük axınlarının sərhədkeçmə, gömrük nəzarəti proseslərinin sürətləndirilməsi, bu sahədə qarşıya çıxan məsələlərin operativ qaydada həlli ilə bağlı fikir mübadiləsi aparıblar.

Türkiyə nümayəndə heyəti “Sədərək” gömrük postunun mövcud infrastrukturu ilə də yaxından tanış olub.

RÖVŞANƏ

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…