3 Noyabr 2025 / 14:35

“Görüşdən sonra BAM kriptovalyuta sektorunun tənzimlənməsinə dair təkliflər hazırlayıb”

BAM kriptovalyuta sektorunun tənzimlənməsilə bağlı təkliflər hazırlayıb.
Tezadlar.az xəbər verir ki,  bunu Multi-Media Mərkəzinin direktoru,  Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz  bildirib.
“Xeyli müddətdir ki, Mərkəzi Bank kriptovalyuta sektorunu tənzimləyəcək “Virtual aktivlər və virtual aktiv xidməti təminatçılarının fəaliyyəti haqqında” Qanun layihəsinin hazırlanması üzərində işləyir.  Bu qanun layihəsi ölkəmizdə kriptovalyuta və blokçeyn sektorunun hüquqi əsaslarını formalaşdıracaq.
Bir müddət öncə Blockchain Azərbaycan Mərkəzi (BAM) olaraq bu məsələ ilə bağlı Mərkəzi Bank sədrinin müavini Vüsal Xəlilovla görüşümüz baş tutub.
Görüşdən sonra BAM tərəfindən adıçəkilən qanun layihəsinə dair təkliflər hazırlanıb və bir neçə dəfə müzakirə edilib.
Təkliflərin yekun variantı artıq Mərkəzi Banka təqdim olunub.
Bu təkliflərin əsas məqsədi — kripto sektorunun şəffaf, innovativ və beynəlxalq standartlara uyğun şəkildə tənzimlənməsi, eləcə də yerli startapların və texnoloji təşəbbüslərin inkişaf imkanlarının genişləndirilməsidir”, – deyə Osman Gündüz bildirib.
Y.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!