Əsas məzmuna keç

Göydələnlərin damında helikopter meydançalarının olması məcburidir!

Gürcüstanda bina və tikililərin təhlükəsizliyi ilə bağlı bəzi yeni qaydaların qüvvəyə minməsi 2027-ci il martın 1-dək təxirə salınıb. Tezadlar.az xəbər verir ki, hökumətin 41 saylı qərarına edilən dəyişikliklə müəyyən obyektlər üçün yeni normaların tətbiqinin dayandırılması müddəti 2027-ci il martın 1-dək uzadılıb. Bu güzəşt “Mülki təhlükəsizlik haqqında” qanunla müəyyən edilən dövlət yanğın nəzarəti obyektlərinə aid olmayan tikililərə şamil olunur. Təxirə salınma əsasən yanğınsöndürmə və xilasetmə texnikasının binalara giriş yolları, eləcə də hündürmərtəbəli binalarda xilasetmə meydançalarının yaradılması ilə bağlı tələblərə aiddir. Yeni normalara əsasən, şəhərsalma və ya ətraflı şəhərsalma planı hazırlanarkən, həmçinin tikinti icazəsinin verilməsi prosesinin ilkin mərhələsindən etibarən xüsusi texnikanın hərəkəti və binalara giriş yolları əvvəlcədən nəzərə alınmalıdır. Bu tələb fərdi yaşayış evlərinə şamil edilmir. Bundan əlavə, 75 metrdən hündür binaların damında helikopter vasitəsilə insanların təxliyəsi üçün ən azı bir yanğın-xilasetmə meydançasının yaradılması nəzərdə tutulur. Meydançalar müəyyən edilmiş texniki tələblərə cavab verməlidir.

Qeyd: hökumətin №41 qərarı bina və tikililərin təhlükəsizliyi, o cümlədən yanğın zamanı insanların təxliyəsi və xilasetmə xidmətlərinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tələbləri müəyyən edir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…