8 Dekabr 2025 / 08:02

Göygöldə ölümlə nəticələnən qəza baş verdi

Ötən gecə saatlarında Göygöldə “Niva” markalı minik maşınının aşması nəticəsində bir nəfərin ölümü ilə nəticələnən ağır qəza zamanı xəsarət alan şəxslərin kimlikləri məlum olub. Tezadlar.az xatırladır ki, hadisə nəticəsində yaralanan 1988-ci il təvəllüdlü M. Məmmədov, 1991-ci il təvəllüdlü Ş. Abbasov, və 1985-ci il təvəllüdlü N. Həsənovdur.

Xəsarət alanlar əvvəlcə Göygöl Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, daha sonra vəziyyətləri nəzərə alınaraq Gəncə şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan Abbas Səhhət adına Xəstəxanaya köçürülüblər. Onların vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisə ilə bağlı araşdırma aparılır.

İlkin məlumata görə, sürücü diqqətsizliyi bu hadisəyə səbəb olub.

Ramiz

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!