Əsas məzmuna keç

Günel Zeynalovadan Burcuya sərt sözlər: “Ədəbsiz insanın klipində oynamadın”

Türkiyədə məşhurlaşan azərbaycanlı müğənni Günel Zeynalova ilə aparıcı Burcu Esmersoy arasında qalmaqal yaşanıb.

“Tezadlar” xəbər verir ki, buna səbəb Burcunun 5 il əvvəl İbrahim Selimin verilişində “Didem” klipində rol alması ilə bağlı açıqlaması olub.

Günel aparıcının “Didem” klipində rol almasını lağa qoymasına reaksiya verib:

“Mən klipdə rol aldığın üçün illərdir təşəkkür edib, gözəl xatirə kimi danışıram. Bu açıqlamandan xoşum gəlmədi. İnsan keçmişdə yaşadıqlarından utanmamalıdır.

Ədəbsiz və ya mahnı oxuya bilməyən insanın klipində rol almadın. Oranı-buranı açmadın, indi “cool” olmusunuz? Nəyi gülməlidir? Nə mövzuda danışırsınız? Deyin, görək, gülməli olan nədir? Əslində gülməli olan sizin etdiyinizdir. Keçmişinizdən utanan sizsiniz”.

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…