16 İyul 2026 / 10:49

Günəş sistemində ən təhlükəli planet hansıdır?

Bir çox insan Mars və ya Yupiteri seçsə də, əslində ən təhlükəli planetlərdən biri Veneradır. Tezadlar.az xatırladır ki, Veneranın səthində temperatur təxminən 465°C-dir və bu, qurğuşunu belə əridə biləcək qədər istidir.
Atmosferi əsasən karbon qazından ibarətdir və səth təzyiqi Yerdəkindən təxminən 92 dəfə çoxdur. Bu təzyiq altında insan və ya adi kosmik aparat qısa müddətdə ciddi zərər görə bilər.
Planeti qalın kükürd turşusu buludları örtür və səthini birbaşa görmək mümkün deyil.
Venerada bir gün bir ildən daha uzundur: öz oxu ətrafında fırlanması Günəş ətrafında dövr etməsindən daha çox vaxt aparır.
Sovetlərin Veneraya enən bir neçə kosmik aparatı bu ağır şəraitə cəmi iki saata qədər tab gətirə bilmişdi. Bu səbəbdən alimlər Veneranı gözəlliyi ilə aldadan, amma Günəş sisteminin ən amansız və yaşamaq üçün ən təhlükəli planetlərindən biri hesab edirlər.
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!